Mərakeşdə su qıtlığı qorxulu həddə çatıb

Mərakeşdə su qıtlığı qorxulu həddə çatıb

Dünya

23 Fevral 2024, 15:05

Mərakeş və Aralıq dənizi regionunun artıq böyük təsirlərə malik olan, dərinləşən quraqlıq böhranı ilə üzləşir.


Suinfo.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Birgə Tədqiqat Şurası hesabat dərc edib.


Məlumata görə, Mərakeşdə düz altı il davam edən quraqlıqdan, həmçinin Cənubi Avropa və Şimali Afrikada iki ildən çox davam edən şiddətli quraqlıqdan sonra vəziyyət həyəcan verici olaraq qalır.


Bildirilir ki, Ölkənin bəndləri hazırda orta gücün yalnız 23%-nə  malikdir - keçən il qeydə alınan təxminən 32%-dən aşağı səviyyədir.


Altı illik quraqlıqda Mərakeşdə su anbarları kritik dərəcədə aşağı səviyyəyə çatıb. Şəhərlər yolların təmizlənməsi və parkların suvarılması kimi fəaliyyətlər üçün içməli sudan istifadəni qadağan etmək məcburiyyətində qalıblar.

Rahib Ələsgərov

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et