Subasmaya məruz qalanrayonda son vəziyyət AÇIQLANDI

Subasmaya məruz qalanrayonda son vəziyyət AÇIQLANDI

Su qıtlığı

16 Oktyabr 2024, 16:28

Xəbər verdiyimiz kimi, oktyabrın 12-də saat 11:00 radələrindən yağan güclü yağışlar Hacıqabul şəhərində fəsadlar törədib.

Suinfo.az xəbər verir ki, Rayon İcra Hakimiyyətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yağışlar nəticəsində 500-dən artıq ev sel sularının təsirinə məruz qalıb, 2 ev qəzalı vəziyyətə düşdüyü üçün orada yaşayan ailələr köçürülüb, 16 nəfər (1 xəstə, 4 uşaq və 9 digər ailə üzvləri) təxliyə edilib.

"Pirsaat qəsəbəsinin, Navahı, Qızılburun , Atbulaq və Birinci Udullu kəndlərinin bağ sahələri və boş ərzailəri də sel sularının təsirinə məruz qalıb. Sel sularının gəlməsi səbəbindən işıq enerjisinin verilməsində də fasilələr yaranıb, lakin, qısa müddət ərzində enerjinin verilməsi bərpa olunub. Hal-hazırda 150-dən artıq evdən sel suları çəkilib. Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının və Fövqəladə Hallar Nazirliyinin köməkliyi ilə sel sularının ərazidən çıxarılması işləri davam etdirilir", - açıqlamada qeyd olunub.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et