Macarıstan son illərin ən böyük sel fəlakətinə hazırlaşır

Macarıstan son illərin ən böyük sel fəlakətinə hazırlaşır

Dünya

19 Sentyabr 2024, 17:17

Mərkəzi Avropanı dağıdan “Boris” qasırğası cənuba doğru irəliləyərkən İtaliya ekstremal hava şəraitinə hazırlaşır.

Suinfo.az Eurenews-ə istinadən xəbər verir ki, İtaliyanın xüsusilə Emilia-Romagna, Marche və Lazio bölgələrində yüksək hazırlıq vəziyyəti yaradılıb.

Slovakiya, Macarıstan və Xorvatiyada su səviyyəsinin qalxması ilə bağlı daşqın riskinə qarşı xəbərdarlıq elan edilib.

Yay aylarında yağan leysan yağışlardan sonra Dunay çayında suyun səviyyəsi sürətlə qalxdığından Budapeşt mümkün daşqına ciddi şəkildə hazırlaşır. Macarıstanın Telex portalı 350 əsgərin daşqından müdafiə ilə məşğul olduğunu bildirib.

Müdafiə naziri Kristof Salaj-Bobrovnitski müxtəlif bölgələrin müraciəti əsasında Mosonmaqarovar, Neşmeli, Pilismarot və Layta çayı boyunca yerləşən yaşayış məntəqələrində daşqınlardan qorunmaq üçün hazırlıq işləri üçün qoşun yeridilməsini xahiş edib.

Daşqının sentyabrın 21-də pik həddə çatacağı, suyun səviyyəsinin normal 3.5 metr səviyyəsindən təxminən 8.5 metrə qalxacağı gözlənilir.

Proqnozlar bildirir ki, Dunay və Layta çaylarında suyun səviyyəsi Budapeştin misli görünməmiş daşqınlara məruz qaldığı 2013-cü ildən bəri suyun səviyyəsinə çatacaq və ola bilsin ki, onu da keçəcək.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et