Su Ehtiyatları Agentliyinin binasının tikintisini bu şirkət tamamlayacaq

Su Ehtiyatları Agentliyinin binasının tikintisini bu şirkət tamamlayacaq

17 Oktyabr 2024, 18:04

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Heydər Əliyev prospekti 103A ünvanında yerləşən yeni inzibati binasında tikinti işlərinin davam etdirilməsi üçün hazırlanmış layihə-smeta sənədləri (ehtimal olunan qiyməti 15.994.931,88 AZN təşkil etməklə) əsasında elan olunmuş satınalma müsabiqəsi başa çatıb.

Suinfo.az xəbər verir ki, bu barədə APA-ya ADSEA-dan bildirilib.

Müsabiqə nəticəsində "RİCON" MMC 13 551 318,32 manat təkliflə qalib elan olunub.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et