Sudan səmərəli istifadə və su resurslarının qorunması vacibdir - İsmail Serageldin

Sudan səmərəli istifadə və su resurslarının qorunması vacibdir - İsmail Serageldin

Tədbirlər

20 İyun 2024, 13:35

Dünya əhalisinin təxminən 10%-i hələ də acdır.

 

Suinfo.az xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda “Ərzaq və Kənd Təsərrüfatı Sektorunun xüsusi halı” adlı panel müzakirəsi zamanı deyib.

 

O bildirib ki, hamı iqlim dəyişikliyinin nəticələrinə məruz qalır.

 

“Meşələrin qırılması, torpaq eroziyası, səhralaşma prosesi sürətləndirir".

 

O deyib ki, sudan səmərəli istifadə və su resurslarının qorunması digər vacib məqamdır.

 

"Bir çox inkişaf etməkdə olan ölkələrdə, ən yoxsul ölkələrdə, suyun təxminən 80%-i kənd təsərrüfatına gedir. İnsanlara sudan səmərəli istifadə öyrədilməli və bunun önəmi hər zaman xatırladılmalıdır”,- deyə o bildirib.

 

İsmayıl Seragəldin deyib ki, ərzaq və kənd təsərrüfatı xüsusi diqqət tələb edir. "Əgər biz səmərəli şəkildə işləsək bu sahələr problemin (iqlim dəyişikliyi) bir hissəsi yox, onun həlli ola bilər", o əlavə edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et