Riad Axundzadə Düşənbədə keçirilən “Davamlı İnkişaf üçün Su” konfransında iştirak edib

Riad Axundzadə Düşənbədə keçirilən “Davamlı İnkişaf üçün Su” konfransında iştirak edib

Tədbirlər

14 İyun 2024, 10:15

10-13 iyun tarixində Tacikistan Respublikasının Düşənbə şəhərində keçirilən 2018-2028-ci illər üzrə “Davamlı İnkişaf üçün Su” Beynəlxalq Onillik Fəaliyyətə dair 3-cü Yüksək Səviyyəli Beynəlxalq Konfrans təşkil olunub. 

 

Suinfo.az xəbər verir ki, konfrans zamanı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin müdiri Riad Axundzadə Davamlı İnkişaf üçün Su: Suyun Qiymətləndirilməsi, Su-Enerji-Qida və Davamlı İqtisadi İnkişaf və Şəhərsalma mövzusunda keçirilən interaktiv dialoqda çıxış edib. 

 

Əlavə olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil olunmuş, “İnkişafın sürətləndirilməsi – COP 28-dən COP29-a qədər: İqlim Fəaliyyəti üçün Su sahəsində əldə olunan nəticələr” mövzusunda tədbir keçirilib. Tədbirdə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun sədri Mir Mövsüm Dadaşev öz çıxışında ADSEA tərəfindən COP29 Prezidentliyinə təqdim olunmuş təşəbbüslər haqqında, ölkəmizin su siyasəti və bu sahədə həyata keçirilən innovativ adımlar barəsində tədbir iştirakçılarına məlumat verib.

 

Tədbir zamanı, Riad Axundzadə Azərbaycanın su ehtiyatları, COP28 tədbirində qurulmuş əməkdaşlıqlar, o cümlədən COP29 ilə bağlı görülən tədbirlər haqqında təqdimatla çıxış edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et