COP29-un rəsmi saytı istifadəyə VERİLDİ

COP29-un rəsmi saytı istifadəyə VERİLDİ

Tədbirlər

1 May 2024, 16:45

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib.

 

Suinfo.az xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb.

 

Bundan başqa, saytın “Tez-tez soruşulan suallar” bölməsində vətəndaşları maraqlandıran suallara cavablar da yer alıb.

 

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Konfrans Bakı stadionunda baş tutacaq.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et