Naxçıvanın bir sıra bölgələrinin suvarma su ilə təminatı yaxşılaşdırılır

Naxçıvanın bir sıra bölgələrinin suvarma su ilə təminatı yaxşılaşdırılır

3 Aprel 2024, 10:46

Naxçıvan Muxtar Respublikası “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabe idarələri tərəfindən nasos stansiyalarının təzyiqli boru xətlərində cari təmir-bərpa işləri aparılır.

 

Suinfo.az xəbər verir ki, bu barədə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, mart ayının sonlarından başlayaraq Babək rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən Araz çayından qidalanan “Araz-1” və "Araz - 2" nasos stansiyalarının təzyiqli boru xətlərində cari təmir-bərpa işləri görülür və qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.

 

İşlər başa çatandan sonra Nehrəm qəsəbəsi, Arazkənd və Güznüt kəndlərinin əkin sahələrinə suvarma suyunun verilməsi təmin ediləcək.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et