Yanvar ayında içməli sudan 262  qeyri-qanuni istifadə faktı aşkarlanıb

Yanvar ayında içməli sudan 262  qeyri-qanuni istifadə faktı aşkarlanıb

Tədbirlər

20 Fevral 2024, 12:10

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.


Suinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat verib.


Məlumata gör, 2024-cü ilin yanvar ayında 262 içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Bunların 251-i əhali, 11-isə qeyri-əhali qrupları üzrə aşkarlanıb.


Bu faktların 208-i Abşeron yarımadasında, 54-ü isə regionlarda qeydə alınıb. İçməli sudan qanunsuz istifadə faktı ən çox Bakının Xəzər və Binəqədi, Sabunçu və Abşeron rayonlarında qeydə alınıb.


Agentlikdən verilən məlumata görə, aşkarlanmış faktlar üzrə 66 min kubmetr həcmində sərfiyyat bərpa edilib.

Akif
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et