Dərinin nəmliyini qorumaq üçün daha çox maye qəbul edilməlidir - Həkim

Dərinin nəmliyini qorumaq üçün daha çox maye qəbul edilməlidir - Həkim

24 İyun 2024, 11:10

Aşağı faktorlu Günəşdən qoruyucular 2-3 saat, yüksək faktorlular isə 4-5 saatdan bir dəyişdirilməlidir. Açıq rəngli dəriyə malik olanlar daha yüksək faktorlu kremlərdən istifadə etməlidirlər.

 

Suinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-dermatoveneroloqu İlqar Ağamirov deyib.

 

O bildirib ki, hər dəri növü fərqlidir: "Elə insanlar var ki, uzun müddət dəri dermatozundan əziyyət çəkir. Ona görə də, hər dəri növünə uyğun olaraq 50+, 80+ və 100 SPF kremlərindən istifadə etmək tövsiyə olunur. Bununla yanaşı, mütləq nəmləndiricilərdən istifadə edilməlidir ki, dəridə quruluq və qabıqlanma yaranmasın.

 

Günəş altında olarkən, SPF kremləri çəkilməli, sonra isə nəmləndiricidən istifadə olunmalıdır. Nəzərə almaq lazımdır ki, Günəşdən qoruyan vəsaitlərin ömrü maksimum 2 saatdır. Dərinin nəmliyini, orqanizmdə su balansını qorumaq üçün daha çox maye qəbul edilməlidir".

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et