AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Şəkidə yeni şəlalə qeydə alıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Şəkidə yeni şəlalə qeydə alıb

Ekologiya

3 İyul 2024, 14:39

Ekoloji tədqiqatlar zamanı AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən Şin kəndindən 11 kilometr şimalda, Şin çayının mənbəyinə yaxın və əsas sel ocaqlarından biri hesab edilən Haney qolu üzərində koordinatları 41°26′22″ N, 47°11′5″ E olan, dəniz səviyyəsindən 1894 metr hündürlükdə yerləşən, yerli əhali arasında “Şor şəlalə” adlandırılan şəlalə qeydə alınıb.

 

Suinfo.az xəbər verir ki, Şəlalənin hündürlüyü 15.3 metr, eni 0.87 metr təşkil edir. Turizm infrastrukturu yoxdur.

 

Ekoloji coğrafiya şöbəsinin müdiri Qafqaz Ağabalayevin verdiyi məlumata görə, şəlalənin adı bu günədək heç bir elmi mənbədə qeyd olunmayıb.

 

Bildirilir ki, şəlalənin şor adlandırılmasının əsas səbəbi suyunun duzlu olması ilə bağlıdır.

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et