Pirsaat çayından sel KEÇDİ

Pirsaat çayından sel KEÇDİ

15 İyun 2024, 11:14

Hacıqabul rayonu ərazisində Pirsaat çayından sel keçib.

 

Suinfo.az xəbər verir ki, Şamaxı rayonunda yağan leysan xarakterli güclü yağışlar nəticəsində rayon ərazisindən keçən Pirsaat çayının gecə saatlarında daşmasına səbəb olub.

 

Yerli sakinlərin dediklərinə görə, nəticədə el arasında “Yeddi para” adlanan Udulu kəndi ərazisində çay qırağı nar bağları su altında qalıb. Bəzi ərazidə kəndarası yolları su basıb. Elektrik şiti və dirəkləri su içində qalıb.

 

Hazırda Pirsaat çayında suyun səviyyəsi aşağı düşdüyündən təhlükə sovuşub.

 

(Report)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et