Paris Olimpiya Oyunlarında Triatlon yarışı Sena çayının çirklənməsi səbəbindən TƏXİRƏ SALINDI

Paris Olimpiya Oyunlarında Triatlon yarışı Sena çayının çirklənməsi səbəbindən TƏXİRƏ SALINDI

Dünya

30 İyul 2024, 11:34

Paris Olimpiya Oyunlarının təşkilatçıları Sena çayında suyun keyfiyyətinin qeyri-qənaətbəxş olması səbəbindən kişilər arasında triatlon yarışının təxirə salındığını elan ediblər.

 

Suinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

 

Məlumata görə, “World Triathlon” və “Paris-2024”ün təşkilatçıları iyulun 30-da yerli vaxtla səhər saat 8-də keçirilməli olan yarışın ertəsi gün saat 10:45-də - qadın triatlonundan dərhal sonra təşkil ediləcəyini bəyan ediblər.

 

Təşkilatçılar qeyd ediblər ki, hər iki yarışdan əvvəl Sena çayında suyun “World Triathlon”un standartlarına uyğun olması yoxlanılacaq.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et