Ötən istirahət günlərində Ukrayna su hövzələrində 66 nəfər batıb, onlardan 10-u uşaqdır. Qurbanların çoxu Kiyev, Çerkas və Dnepropetrovsk vilayətindəndir.
Suinfo.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat xidməti feysbuk hesabında paylaşım edib. “Xoşbəxtlikdən 4-ü uşaq olmaqla 11 nəfəri xilas etmək mümkün olub”, – deyə açıqlamada deyilir.
Mətbuat xidmətinin məlumatına görə, 2024-cü ilin əvvəlindən Ukraynanın su obyektlərində 76-sı uşaq olmaqla, ümumilikdə 672 nəfər batıb.
Su hövzələrinin yaxınlığında fiziki imkanları qiymətləndirmək, çimmək üçün yalnız uyğun yerləri seçmək, çox uzağa üzməmək, xüsusilə də tanınmayan su hövzələrində uşaqları nəzarətsiz qoymamaq barədə əhaliyə xəbərdarlıq edilib.
Xatırladaq ki, son günlərdə Ukraynada isti hava müşahidə olunur. Bəzi yerlərdə temperatur 40 dərəcəyə çatır.
(Azərtac)