İtaliyada əlverişsiz hava şəraiti nəticəsində çaylar məcrasından çıxıb

İtaliyada əlverişsiz hava şəraiti nəticəsində çaylar məcrasından çıxıb

30 İyun 2024, 16:46

İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib.

 

Suinfo.az xəbər verir ki, aramsız leysan yağışları Valle d'Aosta və Piedmont bölgələrdə daşqınlara səbəb olub. Kiçik çayların məcrasından çıxması nəticəsində bəzi evləri su basıb, yollar və küçələr su altında qalıb. Valle D'Aostadakı dövlət əhəmiyyətli avtomobil yolu Dora Baltea çayının daşması səbəbindən nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlanıb. Bəzi körpülər yararsız vəziyyətə düşüb. Bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Torpaq sürüşməsi nəticəsində dağlıq ərazilərdəki kəndlərlə əlaqə kəsilib.

 

Mülki müdafiə qüvvələri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Regiona dəyən ziyanın qiymətləndirilməsinə başlanılıb.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et