Panama kanalında suyun səviyyəsi azalır

Panama kanalında suyun səviyyəsi azalır

28 İyun 2024, 14:35

Panama Kanalı İdarəsi ötən il hökm sürən quraqlıqdan sonra tətbiq edilən məhdudiyyətlərin əksəriyyətini yüngülləşdirən son yağışlara baxmayaraq, məşhur dəniz marşrutunun su çatışmazlığı ilə üzləşdiyini bildirib.

 

İdarənin bəyanatında deyilir: “Panama kanalı keçən il uzun sürən quraqlıq mövsümündən təsirlənməyə davam edir və bu, gündəlik keçid imkanlarını da məhdudlaşdırır. Yağış mövsümünün başlanmasına baxmayaraq, Panamada və onun kanalında su problemi həll olunmayıb.

 

Süveyş kanalı kimi digər su yollarından fərqli olaraq, dünya dəniz nəqliyyatının təxminən altı faizini təşkil edən Panama kanalı süni Qatun və Alajuela göllərindən gələn yağış suları ilə dolur.

 

Suinfo.az xəbər verir ki, ötən il El Nino hava hadisəsi ilə əlaqədar Panama Kanalı İdarəsi quruyan kanaldan gündəlik keçən gəmilərin sayını azaltmaq məcburiyyətində qalıb.

 

Bununla belə, iyulun 11-dən etibarən gəmilərin lövbər salması dərinliyinin 14,6 metrədək artırılmasına, avqustun 5-dən isə kanaldan gündə maksimum 35 gəminin buraxılmasına icazə veriləcək.

 

Kanalın istismarını həyata keçirən Panama Kanalı İdarəsi, həmçinin alternativ su mənbələrinin müəyyən edilməsinə və anbar layihələrinin hazırlanmasına çağırıb.

 

2023-cü maliyyə ilində Panama kanalından 511 milyon ton yük keçib və bundan 3,34 milyard dollar gəlir əldə edilib.

 

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et