Braziliyada leysan və daşqın qurbanlarının sayı 170 nəfəri keçdi

Braziliyada leysan və daşqın qurbanlarının sayı 170 nəfəri keçdi

2 İyun 2024, 13:30

Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul ştatında daşqın qurbanlarının sayı 171 nəfərə çatıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə regionun Mülki Müdafiə Xidməti məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, mayın əvvəlindən davam edən leysan və daşqınlar nəticəsində 43 nəfər hələ də itkin düşüb. Daşqınlar başlayandan bəri 618 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

 

Ümumilikdə, təbii fəlakətdən 2,4 milyon insan zərər çəkib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et