Mayın 10-dan 26-dək Əfqanıstanda baş verən daşqınlar 10 min evə ziyan vurub, şimal əyalətlərində 5 mindən çox ailə didərgin düşüb.
Suinfo.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) hesabatında deyilir. Əfqanıstanın şimal-şərqində leysan yağışları və daşqınlar 21 rayonda ağır fəsadlara səbəb olub, nəticədə 347 nəfər ölüb, 1651 nəfər isə yaralanıb.
Taliban hökumətinin məlumatına görə, təxminən 7800 ev dağılıb, 5 mindən çox ailə köçkün vəziyyətinə düşüb. Zədələnmiş və ya dağılmış yollar, körpülər, səhiyyə ocaqları və məktəbləri ilə yanaşı, kənd təsərrüfatına da ziyan dəyib.