İranda DAŞQIN - Yeddi nəfər öldü

İranda DAŞQIN - Yeddi nəfər öldü

Dünya

16 May 2024, 15:56

İranın Xorasan Rəzəvi əyalətinə yağan fasiləsiz yağışlar zamanı baş verən daşqınlar nəticəsində azı yeddi nəfər ölüb, bir neçə sakin itkin düşüb.

 

Suinfo.az İRNA-ya istinadən xəbər verir ki, bunu Xorasan Rəzəvi əyalətinin böhran vəziyyəti üzrə idarəsinin başçısı Seyid Reza Abbasi Neyşaburi bildirib.

 

Məşhəd əyalətinin rəhbəri Möhsün Davari Rəzəvi rayonunun Çenark kəndindən 150, Əhmədabad rayonunun Sultanabad kəndinin 300-ə yaxın sakinin təxliyə edildiyini açıqlayıb.

 

Məlumata görə, Meteorologiya Təşkilatı ölkənin şimal-şərqində yeni daşqın ehtimalı ilə bağlı xəbərdarlıq edərək Rəzəvi Xorasan, Şimali Xorasan, Gülüstan və Semnan əhalisini daşqınların qarşısının alınmasına yardım etməyə çağırıb.

 

Qurumun hava şəraiti ilə bağlı yayılan bəyanatında Fars və Ərdəbil əyalətlərində yağıntılara görə narıncı xəbərdarlıq elan edilib. Təşkilat Qərbi Azərbaycan və Şərqi Azərbaycanda, habelə Xəzər dənizi sahillərində də yağışların intensivliyinin artacağı bildirib.

 

(Report)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et