Fransa Ermənistanda su anbarı TİKİR

Fransa Ermənistanda su anbarı TİKİR

15 May 2024, 15:37

Ermənistan baş naziri Nikol Paşinyan Fransa İnkişaf Agentliyinin baş direktorunun müavini Bertran Valkenarı qəbul edib.

 

Suinfo.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

Görüş zamanı Paşinyan qeyd edib ki, Ermənistan Fransa ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək və genişləndirməkdə maraqlıdır və son vaxtlar bu istiqamətdə ardıcıl addımlar atılır.

 

Bertran Valkenar cavab verib ki, agentlik Ermənistanda müxtəlif infrastrukturların inkişafına töhfə verərək, Ermənistan hökuməti ilə əməkdaşlıq proqramlarının istiqamətlərini və əhatə dairəsini genişləndirməyi planlaşdırır.

 

Fransa İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlar, o cümlədən Vedidə su anbarının tikintisi ilə bağlı məsələlər müzakirə olunub.

 

(Modern)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et