Keniyanın mərkəzində bəndin dağılması nəticəsində 40-dan çox adam ölüb.
Suinfo.az xəbər verir ki, bu barədə Nakuru əyalətinin qubernatoru Syuzen Kixika bildirib.
“İlkin məlumatlara görə, 42 nəfər ölüb. İtkin düşənlər var, onların axtarışı aparılır”, - o əlavə edib.
Onun sözlərinə görə, bəndin sıradan çıxmasına ikinci aydır davam edən güclü yağışlar səbəb olub.