Bu gün Beynəlxalq Yer günüdür

Bu gün Beynəlxalq Yer günüdür

22 Aprel 2024, 15:27

Hər il aprelin 22-də Beynəlxalq Yer Günü qeyd olunur.

 

Suinfo.az xəbər verir ki, bu gün BMT Baş Assambleyasının 2009-cu ildə keçirilən 63-cü sessiyasında (BMT-nin 50-dən çox üzv dövlətinin birgə təşəbbüsü ilə A/RES/63/278 saylı qətnamə) təsis edilib və 2010-cu ildən aprelin 22-də qeyd olunur.

 

Yer Günü şimal yarımkürəsində yazda, cənub yarımkürəsində isə payızda keçirilir. Həmin ümumdünya aksiyanın əsas məqsədi cəmiyyətin və planetdəki hər bir insanın diqqətini Yer kürəsinin, onun xüsusilə ətraf mühitinin problemlərinə cəlb etməkdir. Bu gün, həmçinin bəşəriyyətin mühafizəsi üçün qarşısında çətin vəzifələr haqqında məlumat əldə etmək imkanı verir.

 

Yer planetinin təxminən 4,5 milyard il yaşı olduğu təxmin edilir. Ekvator boyunca gəzərək Yer kürəsinin ətrafında dolaşmaq istəyirsinizsə, demək olar ki, 40.010 kilometrlik yolu qət etməli olacaqsınız.

 

Kaliforniyadakı Ölüm Vadisi və Liviyanın Əl-Əziziyə adlanan yeri Yer kürəsinin ən isti yerləri üzrə rekordçudur. Əl-Əziziyyə rekordu 57,8 (13 sentyabr 1922), Ölüm Vadisi rekordu 55,8 dərəcə Selsidir (1913-cü il 10 iyul).

 

Antarktida Yer kürəsinin ən soyuq yeri kimi tanınır - 1983-cü il iyulun 21-də Antarktidadakı “Vostok” tədqiqat stansiyasında -89 dərəcə selsi qeydə alınıb.

 

Yer kürəsi faydalı qazıntılarla inanılmaz dərəcədə zəngindir. Alimlər artıq 4 minə yaxın mineral növünü təsnif ediblər, onlardan 200-ə yaxını praktiki əhəmiyyət kəsb edir. Hər il 50-100 növ faydalı qazıntı aşkarlanır.

 

Yerin bir təbii peyki var - adi gözlə görünən Ay.

 

22 aprel Yer Gününün qeyd edilməsi ənənəsi 1970-ci ildə ABŞ-da yaranıb, bu gün beynəlxalq tədbirə çevrilib. Üstəlik, hər il bu gün müəyyən mövzuya həsr olunur. Builki mövzu isə “Planet plastiklərə qarşı” adlanır.

 

Hazırda təbiət əziyyət çəkir. Plastik çirklənmə nəticəsində okeanların turşulaşması baş verir. İqlim dəyişikliyi, antropogen amillər və meşələrin qırılması, torpaqdan istifadənin dəyişməsi, intensiv kənd təsərrüfatı və heyvandarlıq, brakonyerlik kimi biomüxtəlifliyi məhv edən qəbuledilməz təcrübələr planetin məhvini sürətləndirir.

 

Ekosistemlər Yerdəki bütün canlıları dəstəkləyir. Ekosistemimiz nə qədər sağlam olsa, planet və onun insanları bir o qədər sağlam olacaq. Zədələnmiş ekosistemlərin bərpası yoxsulluğa son qoymağa, iqlim dəyişikliyi ilə mübarizəyə və kütləvi insan itkisinin qarşısını almağa kömək edəcək. Beynəlxalq Yer Günü hər birimizin varlığımızı planetimizə və onun ekosistemlərinə borclu olduğumuzu xatırladır.

 

Yer Günü planetin bütün məskunlaşmış guşələrində yaşayan hər bir sakinə bizim böyük ümumi evimizə minnətdarlığını bildirmək imkanı verir.

 

Hər il dünyanın müxtəlif ölkələrindən alimlər bu gündə qlobal ekoloji problemləri müzakirə etmək üçün dəyirmi masa ətrafında toplaşırlar. Müxtəlif ölkələrdə konkret mövzuya həsr olunmuş fərqli tədbirlər təşkil edilir. Bunlara konfranslar, sərgilər, böyük şəhərlərin gur küçələrində nəqliyyatın dayandırılması, ərazinin təmizlənməsi və ağacların əkilməsi daxildir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et