Avropadakı su anbarlarının sökülməsinə kömək etmək üçün yaradılan “Band Removal Europe” 2023-cü ildə Avropada 500-ə yaxın bənd və maneənin ləğv ediləcəyini bildirib.
Suinfo.az xəbər verir ki, bu barədə "Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, bəndlərin götürülməsi həm də bağlanmış su yollarını təbii vəziyyətinə qaytarmağa kömək edəcək.
Qeyd olunub ki, əvvəlki illə müqayisədə 50 faiz çox bənd və maneələr qaldırılıb. Su anbarları və maneələr çaylar üzrə su yollarının pisləşməsinə səbəb olur. Bu bəndlərin və maneələrin aradan qaldırılması su yollarının öz təbii vəziyyətinə qayıtmasına kömək edir.
Çayların bu şəkildə birləşdirilməsi vəhşi təbiət üçün çox vacibdir. Bundan əlavə, bu, köçəri balıqların çoxalma bölgələrinə çatmasına imkan verir. Məlumata görə, bəndlərin və maneələrin aradan qaldırılmasında ən effektiv işləyən ölkə 156 maneəni aradan qaldıran Fransadır. Fransadan sonra İspaniya, İsveç və Danimarka gəlir.
Avropa çayları su anbarları, bəndlər, suötürücülər və keçidlərlə doludur, onların çoxuna artıq ehtiyac yoxdur. 2000-ci ildən bəri Avropada çay baryerləri səbəbindən 113 ölüm hadisəsi baş verib. Bundan əlavə, Avropada su yollarında 150 min baryer köhnə və təhlükəlidir.
(Modern)