127 milyondan çox insan daşqın təhlükəsi ilə ÜZ-ÜZƏDİR

127 milyondan çox insan daşqın təhlükəsi ilə ÜZ-ÜZƏDİR

21 Aprel 2024, 17:44

Çinin cənubundakı Quandun əyalətində böyük çayların daşması genişmiqyaslı daşqınlara səbəb ola bilər.

 

Suinfo.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

 

Məlumata görə, 127 milyondan çox insan təhlükə altındadır.

 

Sinoptiklər xəbərdarlıq edir ki, Xijiang və Pekin çaylarının səviyyəsi təhlükəli həddə yaxınlaşır.

 

Yerli hakimiyyət orqanlarına mümkün təbii fəlakətə hazırlıq işlərinə başlamaq tapşırılıb.

 

Son həftələr əyalətdə güclü leysan yağıb.

 

Qeyd olunur ki, Çinjuan şəhərində (Quandun əyaləti) artıq 20 min nəfər təxliyə edilib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et