Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağladılar

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağladılar

20 Aprel 2024, 13:48

Ermənistanın Sərdərabad rayonunun Mehrablı kəndinin sakinləri suvarma suyunun qiymətinin baha olmasına etiraz olaraq Marqara-Böyük Qarakilsə yolunu bağlayıblar.

 

Suinfo.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

 

Etirazçılar bağlarını suvarma suyunun qiymətinin çox baha olduğu üçün sulaya bilmədiklərini deyiblər. Yüzdən çox yerli sakin yolu bağlayaraq Ermənistan hökumətinin nümayəndələri ilə görüş tələb ediblər.

 

Sakinlərin sözlərinə görə, polis müdaxilə edərək danışıqlar aparmağa çalışıb, lakin etirazçılar yolu açmaq fikrində deyillər.

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et