Qazaxıstanda daşqınlar başlayandan bəri 102 mindən çox insan təxliyə olunub.
Suinfo.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daşqınlar başlayandan bəri 102 328 nəfər xilas edilib: “Onlardan 6 757 nəfəri müvəqqəti yerləşdirmə mərkəzlərindədir. 10 120 nəfər isə evlərinə qayıdıb”.
Qeyd edilib ki, ölkənin 6 regionunda 3957 fərdi yaşayış binası, 942 həyətyanı sahə və 962 bağ evi su altında qalıb.
Xatırladaq ki, mart ayında başlayan daşqınlar səbəbindən Qazaxıstanın 8 regionunda yerli səviyyədə fövqəladə vəziyyət elan olunub. Xilasetmə işlərinə 35 mindən çox insan, 4 min texnika və 17 təyyarə cəlb olunub.