Keniyada daşqında 13 nəfər ölüb

Keniyada daşqında 13 nəfər ölüb

Dünya

13 Aprel 2024, 10:12

Keniyada daşqında azı 13 nəfər ölüb, 15 min nəfər təxliyə olunub.

 

Suinfo.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

 

Güclü yağışların yaratdığı təbii fəlakət həmçinin infrastrukturun zədələnməsinə, yolların su altında qalmasına, mal-qaranın tələf olmasına səbəb olub.

 

Keniyada martın ikinci yarısında başlayan uzun sürən yağış mövsümü may ayının sonunadək yağacaq. Keniya Meteorologiya Departamentinin məlumatına görə, leysan aprelin 15-dək ölkənin əksər hissəsində davam edəcək.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et