Qazaxıstanda daşqınlar başlayandan bəri 100 min nəfərə qədər insan təxliyə olunub.
Suinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, indiyə kimi 96,5 min nəfər, o cümlədən 31,6 min uşaq təxliyə edilib.
Məlumata görə, təbii fəlakət nəticəsində Qazaxıstanın 5 vilayətində 4 min yaşayış binası və 336 həyətyanı sahə su altında qalıb.
Ölkənin 10 rayonunda fövqəladə vəziyyət rejimi tətbiq olunub.
(Report)