Qazaxıstanda daşqınlara görə fövqəladə vəziyyət ELAN EDİLDİ

Qazaxıstanda daşqınlara görə fövqəladə vəziyyət ELAN EDİLDİ

6 Aprel 2024, 12:22

Qazaxıstanın Rusiya ilə həmsərhəd Kostanay vilayətinin eyni adlı inzibati mərkəzinin hakimiyyət orqanları daşqınlarla əlaqədar şəhərdə fövqəladə vəziyyət rejimi elan edib.

 

Suinfo.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Marat Jundubayev məlumat verib.

 

O, həmçinin vəziyyətin daha da pisləşə biləcəyi üçün yerli sakinləri yubanmadan təxliyə etməyə çağırıb.

 

Bildirilir ki, Qırğızıstan təbii fəlakətdən zərər çəkən Qazaxıstana 300 ton humanitar yardım göndərib.

 

Qeyd edək ki, aprelin əvvəlindən Qazaxıstan çaylarında suyun səviyyəsi qalxmağa başlayıb. Nəticədə Qərbi Qazaxıstan vilayətində altı rayon və Uralsk şəhəri su altında qalıb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyi daşqınlara məruz qalan Atırau vilayətinin Kulsarı şəhərində 2,5 mindən çox binanı su basdığını bildirib. Son məlumata görə, şəhərdən 12 min insan təxliyə edilib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et