Tokayev daşqın olan ərazilərə GETDİ

Tokayev daşqın olan ərazilərə GETDİ

4 Aprel 2024, 15:40

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qərbi Qazaxıstan vilayətinə işgüzar səfərinə daşqınlara məruz qalan ərazilər üzərində uçuşla başlayıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə "Kazinform" agentliyi məlumat verib.

 

Qazaxıstanın dövlət başçısı Terektin, Sırım və Karatobin rayonlarında yaranmış vəziyyətlə tanış olub, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün tapşırıqlar verib.

 

Kasım-Jomart Tokayev daha sonra təxliyə məntəqələrinin birinə gedib, yaxınlıqdakı kəndlərin sakinləri ilə görüşüb.

 

Aprel ayının əvvəlindən Qazaxıstan çaylarında suyun səviyyəsi qalxmağa başlayıb. Nəticədə Qərbi Qazaxıstan vilayətində altı rayon və Uralsk şəhəri su altında qalıb. Daşqınlar 552 yaşayış binasına və 427 bağ evinə ziyan vurub.

 

Yerli hakimiyyət orqanlarının məlumatına görə, daşqınlara qarşı mübarizə tədbirlərinə ümumilikdə 2 minə yaxın şəxsi heyət, 330-dan çox texnika və bir helikopter qatılıb. İndiyədək 7 minə yaxın insan təhlükəli ərazilərdən təxliyə edilib. Bölgədə fövqəladə vəziyyət rejimi elan olunub.

 

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et