Yaponiyada ZƏLZƏLƏ - Sunami təhlükəsi ELAN EDİLDİ

Yaponiyada ZƏLZƏLƏ - Sunami təhlükəsi ELAN EDİLDİ

3 Aprel 2024, 10:22

Tayvanın şərq sahillərində baş verən 7,5 maqnitudada zəlzələdən sonra Yaponiyanın Okinava prefekturasının adaları üçün 3 metrlik sunami təhlükəsi yaranıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.

 

Miyakodzima və Yaeyama adalarına sunami təsirinin təxmini vaxtı yerli vaxtla saat 09:10-dur (Bakı vaxtı ilə saat 04:10). Dalğanın sahilə çatıb-çatmadığı barədə hələ məlumat yoxdur. Prefekturanın əsas adası olan Okinava ərazisində yerləşən adalar üçün yerli vaxtla saat 10:00-a (Bakı vaxtı ilə saat 05:00) sunami proqnozlaşdırılır.

 

İdarə qeyd edib ki, 7,5 maqnitudada zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et