Avstraliyada uzun müddət quraqlıq ola bilər - XƏBƏRDARLIQ

Avstraliyada uzun müddət quraqlıq ola bilər - XƏBƏRDARLIQ

Dünya

2 Aprel 2024, 12:29

Tədqiqatlar Avstraliyanın onilliklər boyu davam edən meqaquraqlıqla üzləşə biləcəyi barədə xəbərdarlıq edir.

 

Suinfo.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

 

Avstraliya Milli Universitetinin tədqiqatçıları burada 850-2000-ci illər arasında baş vermiş quraqlıqların simulyasiyası üçün bir çox iqlim modellərindən istifadə edərək, onların gələcəkdə necə dəyişə biləcəyini müəyyənləşdirib.

 

Tədqiqat nəticəsində 20-ci əsrdə Avstraliyanın cənub-qərbində və şərqində quraqlığın sənayeləşmədən əvvəlki dövrlərə nisbətən daha uzun olduğu aşkarlanıb. Alimlər iqlim dəyişikliyinin daha da şiddətlənən təsirlərini nəzərə alaraq, qitənin 20 ilədək davam edən meqaquraqlıqla üzləşə biləcəyi barədə xəbərdarlıq ediblər.

 

Tədqiqatçılar əsas diqqəti Avstraliyanın ən böyük kənd təsərrüfatı bölgəsi olan Murray-Darlinq hövzəsinə yönəldiblər. Müəyyən edilib ki, iqlim dəyişikliyi artıq hövzədə, eləcə də ölkənin cənub-qərbində daha uzunmüddətli quraqlıqlara səbəb olur.

 

Mütəxəssislərin fikrincə, gələcək quraqlıqların təsirini azaltmaq üçün avstraliyalılar su saxlama və idarəetmə planları hazırlamalıdır.

 

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et