Su ilə bağlı münaqişələrlə üzləşə bilərik - KTMT baş katibi

Su ilə bağlı münaqişələrlə üzləşə bilərik - KTMT baş katibi

28 Mart 2024, 12:39

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər resurslar və su ilə bağlı münaqişələrlə üzləşə bilər.

 

Suinfo.az xəbər verir ki, bunu KTMT baş katibi İmanqali Tasmaqambetov Rusiyanın “Nasionalnaya Oborona” jurnalına müsahibəsində bildirib.

 

O, təşkilata üzv dövlətlərin üzləşə biləcəyi təhlükələrdən danışıb: “Əgər biz konkret regional problemlərə diqqət yetirsək, onda ilk növbədə resurslar üzərində münaqişələr barədə təhlükəni qeyd etməliyik... Üstəlik, ərazi də resurs kimi çıxış edir. Su resursu sərhəd münaqişələri üçün formatdır və bu qiymətli resursdur”.

 

Bununla belə, KTMT baş katibi əlavə edib ki, təşkilat bu təhlükələri neytrallaşdırmaq potensialına malikdir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et