Qar əriməsi və leysan yağışları nəticəsində Qazaxıstanın bir çox rayonlarında kəndləri su basıb.
Suinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan hakimiyyəti məlumat verib.
Məlumata görə, qar əriməsi və yağışlar Oral şəhərində və Qərbi Qazaxıstanın müxtəlif bölgələrində daşqınlara səbəb olub, həmçinin, 3 sosial obyekt, 5 mərtəbəli bina və 298 fərdi yaşayış evi su altında qalıb.