Konyada böyük təhlükə yaranıb. Şəhərin cəmi 6 aylıq içməli suyunun qaldığı açıqlanıb.
Suinfo.az xəbər verir ki, bu barədə "BBN Haber" nəşri məlumat verib.
Məlumata görə, 2024-cü ildə gözləniləndən daha az yağıntı düşən Konyada su ehtiyatı sürətlə tükənməyə başlayıb.
"Konyaya kifayət qədər yağış yağmasa, yay mövsümündə quyular məcburi olaraq işə salınacaq. Bu yolla su təchizatını təmin etməyi planlaşdırırıq. Ümid edirəm ki, yağışlı dövrlər gələcək, su gələcək. Heç bir problemimiz olmayacaq",- deyə Bələdiyyə Başçısı Altay bildirib.