Türkiyədə Van gölünün 30 kilometr şərqində yerləşən və bölgənin quş populyasiyası baxımından ən zəngin bölgəsi olan Erçek gölü qlobal iqlim dəyişikliyinin təsiri ilə ciddi su itkisi yaşayır.
Suinfo.az xəbər verir ki, bu barədə "Ajans Manisa) nəşri məlumat yayıb.
Bildirilir ki, yağıntının az düşməsı gölün suyunun azalmasına gətirib çıxarır.
Qeyd edək ki, Türkiyədəki 453 quş növünün yarısına ev sahibliyi edən və təkcə yerli növlərin deyil, flaminqo kimi köçəri quşların da mühüm yaşayış və çoxalma sahələrindən biri olan Erçek gölü Van gölündən sonra ən böyük göldür.