Türkiyənin ən böyük su təmizləyici qurğusu istifadəyə verildi

Türkiyənin ən böyük su təmizləyici qurğusu istifadəyə verildi

Dünya

19 Mart 2024, 12:04

Türkiyənin ən böyük məişət tullantı su təmizləyici qurğusu istifadəyə verildi.

 

Suinfo.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı söyləyib.

 

Obyektin açılışında çıxış edən Yumaklı suyun insan həyatındakı rolunun gündən-günə artdığına, qlobal iqlim dəyişikliyi, əhali artımı və sənayeləşmə kimi səbəblərlə suyun çox daha qiymətli hala gəldiyinə diqqət çəkib.

 

"Bu gün Afyonkarahisar-Mərkəzi Məişət Kanalizasiya Suvarma Qurğusunun açılışı üçün bir araya gəldik. Tullantı su layihələri su ehtiyatlarının qorunmasına kömək edir. Bundan əlavə, suyun keyfiyyəti artdıqca, ekosistemlər qorunur və su həyatı dəstəklənir.Bu qurğular tullantı sularının təmizlənməsi nəticəsində əmələ gələn lilləri təhlükəsiz şəkildə zərərsizləşdirərək torpağımızın çirklənməsinin qarşısını alır”,- deyə o bildi

rib.

 

 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et