Türkiyədə 2030-cu ilə qədər ölkənin su ehtiyatları 20 faiz, qarla örtülü ərazilər isə 2100-cü ilə qədər 44 faiz azalacaq.
Suinfo.az xəbər verir ki, bu barədə "CNN Türk" nəşri məlumat yayıb.
Məlumata görə, adambaşına gündəlik orta hesabla 229 litr olan su sərfi 2030-cu ildə məişət və fərdi su istifadəsində səmərəliliyin artırılması ilə 120 litrə enəcək.
Türkiyədə 2023-cü il üçün adambaşına düşən istifadəyə yararlı suyun illik miqdarı 1294 kubmetr təşkil edir. Əhalinin artması ilə 2030-cu ilə kimi adambaşına düşən istifadəyə yararlı suyun illik miqdarının 1000 kubmetrdən aşağı düşəcəyi və heç bir tədbir görülməsə, Türkiyənin yaxın gələcəkdə su qıtlığından əziyyət çəkən ölkələr sırasında olacağı proqnozlaşdırılır.