Türkiyənin Hatay şəhərində sahilə yaxın küçələri su basıb.
Suinfo.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat verib.
Məlumata görə, su basmanın səbəbi şəhərə güclü yağışın yağmasıdır.
Bildirilir ki, bəzi küçələrdə nəqliyyatın hərəkətində problemlər yaranıb.