ABŞ sahil xətti boyunca onlarla şəhər həyəcan verici sürətlə batmaqdadır və bu, onları dəniz səviyyəsinin yüksəlməsi nəticəsində dağıdıcı daşqınlara əvvəllər düşünüldüyündən daha çox məruz qoyur.
Suinfo.az xəbər verir ki, "Nature" jurnalında dərc edilən araşdırmaya görə, okeanlar yüksəldikcə və sahillər batdıqca, 2050-ci ilə qədər 343.000 akr ərazi qasırğalar, sahil fırtınaları və sahil eroziyası kimi təhlükələr və dağıdıcı daşqınlara məruz qalacaq.
Bildirilir ki, ən pis ssenaridə təhlil edilən 32 şəhərdə hər 50 nəfərdən 1-i daşqın təhlükəsinə məruz qala bilər.