Okeanların temperaturu fevral ayında rekord həddə çatıb və dəniz səthinin orta qlobal temperaturu 21,06 dərəcə Selsi təşkil edib.
Suinfo.az xəbər verir ki, bu barədə Aİ-nin Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat verib.
Məlumata görə, 2024-cü ilin fevralında dəniz səthinin orta temperaturu 2023-cü ilin avqustunda müəyyən edilmiş əvvəlki rekordu üstələyib.