İndoneziyanın cənub-şərq sahilini yuyan Arafur dənizində 5,1 maqnitudalı zəlzələ olub.
Suinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat verib.
Məlumata görə, yeraltı təkanların episentri əhalisi 93 min olan İndoneziyanın Tual şəhərindən 174 km şimal-şərqdə olub. Yerli vaxtla 08:56-da qeydə alınmış təbiət hadisəsinin ocağı 10 km dərinlikdə yerləşib.
Dağınt və tələfat barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.
Akif