İordaniya İsraildən su təchizatı müqaviləsini uzatmağı xahiş edir

İordaniya İsraildən su təchizatı müqaviləsini uzatmağı xahiş edir

Dünya

4 Mart 2024, 10:10

İordaniya hakimiyyəti İsrail hökumətindən krallığa 1994-cü il sülh müqaviləsində nəzərdə tutulan məbləğdən əlavə şirin su kvotasının verilməsinə dair razılaşmanın müddətini bir il müddətinə uzatmağı xahiş edib.

Suinfo.az xəbər verir ki, bu barədə "Kan Hadashot" xəbər agentliyi məlumat verib.

Bildirilir ki, Qüds Əmmandan su müqabilində İsrail əleyhinə ritorika və təhrikləri yumşaltmağı tələb edərək, müqavilənin uzadılmasına razılaşmağa tələsmir.

Rahib Ələsgərov

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et