Orta Asiya ölkələri suyu böldüşdürmək üçün toplanacaqlar

Orta Asiya ölkələri suyu böldüşdürmək üçün toplanacaqlar

1 Mart 2024, 14:30


Mərkəzi Asiya ölkələri növbəti aylarda Qazaxıstanda keçiriləcək Su Koordinasiyası Komissiyasının növbəti 86-cı iclasında mövcud su vəziyyətini nəzərə alaraq limitləri bir daha dəqiqləşdirəcək və müvafiq düzəlişlər edəcək.

 

Suinfo.az xəbər verir ki, bu barədə "Asia-Plus" nəşri məlumat verib.

 

Nəşr bildirir ki, 2023-cü ilin noyabrında Daşkənddə Mərkəzi Asiya ölkələrinin Dövlətlərarası Koordinasiya Su Komissiyasının 85-ci iclasında 2023-2024-cü illərdə qeyri-becərmə mövsümündə suyun çəkilməsinə dair məhdudiyyətlər razılaşdırılıb.

 

Qeyd edək ki, Dövlətlərarası Su Koordinasiyası Komissiyası (ICWC) çərçivəsində Mərkəzi Asiya ölkələrinin nümayəndələri adətən ildə iki dəfə, yaz və payızda regionun iki ən böyük çayı olan Amudərya və Sırdərya hövzələrindən suyun götürülməsi həddini təsdiqləmək üçün toplaşırlar.

 

Rahib Ələsgərov

 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et