Su Yerin dərinliklərinə nüfuz edərkən planetin nüvəsinin tərkibini dəyişir.
Suinfo.az xəbər verir ki, bu barədə "Material Nature Geoscience" elmi jurnalının son sayında məlumat verilib.
Məlumata görə, ABŞ alimləri bildirib ki, su Yerin dərinliyinə nüfuz edərək nüvənin və mantiyanın sərhədinə çatdıqda, silikonla kimyəvi qarşılıqlı təsir prosesi başlayır və sonra silisium əmələ gətirir.
Alimlərin fikrincə, bu cür kimyəvi reaksiyalar nüvənin hidrogenlə zənginləşdirilmiş yuxarı təbəqəsinin əmələ gəlməsinə gətirib çıxarır və eyni zamanda silisiumun alt mantiyaya yayılmasına səbəb olur.
Rahib Ələsgərov