Alimlər enerjinin daha təhlükəsiz saxlanması üçün odadavamlı su batareyaları icad ediblər.
Suinfo.az xəbər verir ki, bu barədə "Techinside" nəşri məlumat yayıb.
Məlumata görə, RMIT universitetinin beynəlxalq alimlər qrupu enerjinin saxlanmasında inqilab etməyə hazırlaşan yeni tip baterayaları təqdim edib.
Bildirilir ki, yanğın təhlükəsi və partlayışa meyilli olan ənənəvi litium-ion batareyalardan fərqli olaraq, su batareyaları inkişaf etmiş təhlükəsizlik xüsusiyyətlərinə malikdir. Bu, onları müxtəlif tətbiqlər üçün cəlbedici seçim edir.
Rahib Ələsgərov