2023-cü ilin mart ayından etibarən Atlantika okeanının şimalı son 40 ildə görüləndən daha çox yüksək isti temperatur müşahidə olunub.
Suinfo.az xəbər verir ki, bu barədə Amerika Meteorologiya Cəmiyyəti araşdırma yayımlayıb.
Araşdırmaya "Reading" Universitetindən Till Kuhlbrodt rəhbərlik edib.
O bildirib ki, biz təcili olaraq okeanın hissələrinin niyə sürətlə istiləşdiyini dəqiq başa düşməliyik ki, planetdə tez-tez hava şəraitinin pozulmasına hazırlaşa bilək.
"Atlantika okenanın şimalında fövqəladə istilər və 2023-cü ildə okeanların həyəcan təbili çaldığını göstərir. Biz təcili olaraq okeanın hissələrinin niyə sürətlə istiləşdiyini dəqiq başa düşməliyik ki, planetdə daha tez-tez hava şəraitinin pozulmasına hazırlaşa bilək",-deyə o bildirib.
Akif