Ekstremal hava şəraitinin inkişaf etməkdə olan dünyada iqtisadiyyata, kənd təsərrüfatı məhsuldarlığına, su ehtiyatlarına və enerji təhlükəsizliyinə ciddi təsir göstərəcəyi gözlənilir.
Suinfo.az xəbər verir ki, bu barədə "Center for Global Development" nəşrində yayılan hesabtda bildirilir.
Təhlillərə görə, hətta kiçik temperatur artımları - 2 dərəcədən çox aşağı olsa belə inkişaf etməkdə olan dünyada sosial-iqtisadi göstəricilərə əhəmiyyətli təsir göstərə bilər.
Qeyd olunur ki, dəyişmiş yağıntı sxemləri qlobal su ehtiyatlarının keyfiyyətinə və məkan paylanmasına təsir göstərdiyindən , quraqlıq və daşqınlara qarşı həssas bölgələrdə də yerdəyişmə nisbətlərinin və su çatışmazlığının artması gözlənilir. Təkcə Afrikada bu dəyişikliklər 50 milyondan çox insanı su probleminə sürükləyəcək.
Rahib Ələsgərov