Yunanıstanın şimalı ardıcıl isti dalğaları ilə ağırlaşan uzun sürən quraqlıq şəraiti səbəbindən ciddi su böhranı ilə üzləşib.
Suinfo.az xəbər verir ki, bu barədə "Euronews" nəşri məlumat yayıb.
Məlumata görə, digər bölgələr kimi, şimalda da son üç ildə orta səviyyədən aşağı yağıntı alan quraqlıq əraziləri genişlənir, eyni zamanda ölkə daxilində su qıtlığı, quruyan göllər və hətta vəhşi atların tələf olması kimi təsirlər müşahidə olunur.
Bildirilir ki, Yunanıstanın palçıq vannaları ilə məşhurlaşan Pikrolimni gölü bu yay tamamilə quruyub.