Banqladeşdə son 37 ilin ən dəhşətli daşqını BAŞ VERDİ

Banqladeşdə son 37 ilin ən dəhşətli daşqını BAŞ VERDİ

23 Avqust 2024, 14:15

Banqladeşdə daşqınlar ümumi əhalisi 36,47 milyon nəfərdən çox olan 12 rayonu əhatə edib və təbii fəlakətin miqyası genişlənməkdə davam edir.

 

Suinfo.az xəbər verir ki, bu barədə Banqladeşin müvəqqəti hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Nazirlər Kabinetinin fövqəladə iclasında mövcud durum müzakirə olunub. Vəziyyətin qiymətləndirilməsi və təbii fəlakətdən zərər çəkmiş sakinlərə yardımın təşkili üçün hökumət üzvləri təbii fəlakət bölgələrinə göndərilib.

 

Daşqın zonasında evsiz qalan sakinlərin yerləşdirilməsi üçün 2246 mərkəz açılıb, hazırda həmin mərkəzlərdə 82 mindən çox insan yaşayır. Su basmış ərazilərə 500-ə yaxın həkim briqadası gedib və oraya 16,5 min ton ərzaq yardımı çatdırılıb.

 

“The Daily Star” nəşrinin yazdığına görə, bu, ölkədə son 37 ildə baş verən ən dəhşətli daşqınlardır və əhalini qəfildən yaxalayıb. Ərazidəki bütün çaylar məcrasından çıxıb. Sel zonasında normal həyat pozulub, bir çox iri şəhərlər və yüzlərlə kənd su altında qalıb, qatarların hərəkəti dayanıb.

 

Yerli media 30-a yaxın insanın öldüyü, onlarla sakinin itkin düşdüyü barədə xəbərlər yayıb.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et